!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Turan Tovuz” “Zirə”ni qəbul etdi: Qarşılaşmada 4 qol vuruldu

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Zirə”ni qəbul edib.

Tovuz şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı meydan sahibləri açıb. 26-cı dəqiqədə Natan Oduva fərqlənib. “Zirə”nin qollarını 33-cü dəqiqədə Coşqun Diniyev, 40-cı və 47-ci dəqiqələrdə Hamidu Keyta vurub.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “qartallar” 5-ci pilləyə yüksəlib. Tovuz klubu 10 xalla 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Turun açılış oyununda “Qəbələ” səfərdə “Səbail”ə 2-1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv