“Turan Tovuz” klubunun insult keçirən baş meneceri İman Həsənov palataya köçürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”a klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.
O, atasının vəziyyətinin yaxşıya doğru getdiyini bildirib:
“Atamı bu gün palataya köçürdülər. Şükürlər olsun ki, vəziyyəti yaxşıya doğru gedir. Hazırda ayağını hərəkət etdirə bilir. Sağ əli və nitqi düzəlməyib. Həkimlər tez bir zamanda vəziyyətinin tam olaraq yaxşılaşacağını bildiriblər”.
Qeyd edək ki, İman Həsənov beş gün öncə insult keçirib.