“Turan Yazqan Böyük Mükafatı” Çində həbsdə olan uyğur türkünə verildi – Fotolar

“2018-ci il Türk Dünyası Turan Yazqan Böyük Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Türk dünyasının böyük şəxsiyyəti Turan Yazqanın vəfatının 6-cı ildönümündə İstanbul “Fatih Ali Emiri” Mədəniyyət Mərkəzində təşkil olunan mərasimə bir sıra ölkələrdən nüfuzlu qaonaqlar işturak ediblər.

Turan Yazqanın xatirəsinə həsr olunmuş çıxışlardan sonra “2018-ci il Türk Dünnaysı Turan Yazqan Böyük Mükafatı”nın laureate açıqlanıb.

Qərara əsasən, mükafat Çin rejiminin həbsxanaya saldığı Şərqi Türküstanda insan haqaları uğrunda yorulmaz mübariz İlham Tohtiyə verilib.

İlham Tohtinin mükafatı sözügedən ödülün 2014-ci il laureatı Andras Biro tərəfindən uzun müddətdir, Böyük Britaniyada yaşayan, mərasimdə iştirak üçün Türkiyəyə gəlmiş uyğur sənətçisi və hüquq müdafiəçisi Rəhimə Mahmuda təqdim olunub.

Uğur Türklərini apardııqları mübarizəyə dəstək üçün minnətdarlığını bildirən Rəhimə Mahmud bunları deyib:

“Belə mühüm gündə bizləri tək buraxmadığınız üçün hamınıza, xüsusilə, Türk Dünyası Araşdırmalar Vəqfinə təşəkkür edirəm. Bu yüksək mükafatın Çin həbsxanasında məhbus olan professor İlham Tohtiyə verilməsi böyük hadisədir və buna görə bütün Uyğur Türkləri adından minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, sözügedən mükafatın Çində həbs olunmuş professor İlham Tohtiyə verilməsi həm də beynəlxalq ictimaiyyətin diqqətini Uyğur Türklərinin onillərdir apardıqları mübarizəyə yönəldilməsi baxımından, yüksək qiymətləndirilir.

COP29