!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“TuranBank” “ASAN Məktub”la birgə məktəblilərin arzularını gerçəkləşdirdi - FOTO

!Reklam – Yazi

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan “TuranBank” 15 Sentyabr – Bilik günü münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı ailələrin övladlarının arzularını gerçəkləşdirmişdir.

Belə ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində “TuranBank” əməkdaşları ASAN Könüllülərlə birlikdə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara məktəb ləvazimatları, istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Adıçəkilən sosial layihə çərçivəsində Bank Ağcabədi rayonunun Muğanlı kəndinin kiçik sakinlərini sevindirmişdir.

Bununla yanaşı Bank sosial məsuliyyət layihəsi çərçivəsində yeni dərs ili münasibətilə Tovuz rayonunun Ermənistan ilə sərhəddə yerləşən Əlibəyli kənd orta məktəbinin 1-ci sinif şagirdlərini, eləcə də şəhid övladlarını məktəb ləvazimatları, geyim və çanta ilə təmin etmişdir.

Məlumat üçün qeyd edək ki, “TuranBank” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan TuranBank  “ASAN Könüllüləri” Təşkilatı və “YAŞAT” Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.

Bundan sonra da “TuranBank” həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələri, həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalar edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.

TuranBank

Bizimlə etibarlıdır…

 

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv