TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi – FOTO

“TuranBank” özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq yeni İçərişəhər şöbəsini müştərilərin istifadəsinə verib.

Bakı şəhəri, Səbail rayonu, Qoşa Qala, 47 ünvanında yerləşən yeni şöbə müasir standartlara cavab verən ofis binası ilə şəhər sakinlərinin, həmçinin yerli və xarici turistlərin müxtəlif növ bank xidmətləri, eyni zamanda valyuta mübadiləsi əməliyyatlarını daha operativ və rahatlıqla həyata keçirməsini təmin edəcəkdir.

Qeyd edək ki, “TuranBank”ın İçərişəhər şöbəsi həftənin hər günü, saat 10:00-dan 00:00-dək müştərilərin xidmətindədir.

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. “TuranBank”ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (feysbukinstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

“TuranBank”

Bizimlə etibarlıdır..

 

COP29