Turist avtobusu dərəyə aşdı – azı 4 ölü

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, Manavqatdan Adrasana gedən avtobus Antalyada Kumluca yaxınlığında 50 metr yüksəklikdən uçuruma yuvarlanıb. Yerli mətbuatın yazdığına görə, avtobusda 27 turist olub. Hadisə nəticəsində 4 nəfər ölüb, qalan sərnişinlər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisə yerinə çoxlu təcili yardım maşını cəlb olunub, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəzaya yüksək sürət nəticəsində idarəetmənin itirilməsi səbəb olub.