!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Turist axını olanda hotellər qiyməti qaldırır – ASSOSİASİYA SƏDRİ

!Reklam – Yazi

Azərbaycanda hotellərin qiymət siyasətinin nizamlanması mexanizmini yaratmaq lazımdır.

Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.
O deyib: “Təəssüf ki, bir sıra hotellərimiz turist axını ilə üzləşəndə qiymətləri qaldırmağa başlayır. Bu böyük problemdir, çünki bu hotellərə görə bütün turizm sektoru ziyan görə bilər.” N.Bağırov bildirib ki, Gürcüstan, eləcə də digər ölkələr belə hallarda qiymətləri əksinə, azaldır.

2015-ci ildə Azərbaycanda bir sıra biznes növləri, eləcə də turizm fəaliyyəti ilə məşğul olan şirkətlər üçün lisenziya ləğv olunmuşdu. Bağırovun fikrincə, bu, turizmin inkişafını stimullaşdırsa da, digər tərəfdən lisenziyaların ləğvi bir sıra problemləri üzə çıxarıb.

Assosiasiya sədri deyib: “Bizdə keyfiyyətsiz xidmətlər təklif edən turizm şirkətləri yaranmağa başlayıb. Bunun qarşısını almaq üçün şirkətlər qarşısında müəyyən öhdəlikər irəli sürəcək bir mexanizm yaradılmalıdır. Bu cür şirkətlərin ucbatından Azərbaycanın imici ziyan görə bilər. Bu səbəbdən şirkətlər qarşısında müəyyən meyarların təyin olunması vacibdir”.

Yeniçağ.Az

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv