Səudiyyə Ərəbistanına gələn əcnəbi turistlər bundan sonra hicab geyinmək məcburiyyətində qalmayacaqlar.
Yenicag.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Turizm və Milli İrs Komissiyasının sədri Əhməd Əl-Katibin “Bloomberg”ə açıqlamasında qeyd olunub.
Onun sözlərinə görə, bununla bağlı qərar qarşıdakı günlərdə rəsmən açıqlanacaq.
Əl-Katib hicab sərbəstliyinin səudiyyəli qadınlar üçün də tətbiq olunma ehtimalından danışıb:
“Bu məsələni heç vaxt müzakirə etməmişik – buna ehtiyac olmayıb. Hicab bizim mədəniyyətimizin bir hissəsidir”.
Qeyd edək ki, son illər Səudiyə Ərəbistanında xüsusilə, qadınlarla əlaqədar bir sıra qadağalar aradan qaldırılıb.
Firuzə Alimova