Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Turistlər üçün “Mən Azərbaycanı tanıyıram” kitabının təqdimatı keçiriləcək

Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti 13.07. 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırladığı ərəb və ingilis dilində “Mən Azərbaycanı tanıyıram” turistin əl bələdçisi kitabının təqdimat mərasimini həyata keçirəcək.

Şuranın maliyyə dəstəyi ilə hazırlanan bu kitabda Azərbaycan Respublikasının ərazisi, əhalisi, iqlimi, turizm bölgələri, milli mətbəxi və s. barədə qısa və konkret məlumatlar verilib.

Kitabda həmçinin işğal olunmuş torpaqlarımız, həmin ərazilərdəki milli və tarixi abidələrimiz, kurort bölgələrimiz haqqında məlumatlar da yer alır.

Bu günə qədər ölkəmizə gələn turistlər ingilis və rus dilində müəyyən məlumatlara sahib olsalar da, ərəb dilində mövcud olan məlumatlar demək olar ki, yox səviyyəsində idi. Məhz bu kitab sayəsində ölkəmizə gələn ərəb turistlər Azərbaycan haqqında ətraflı məlumata sahib olacaqlar.

Kitabda səyahət turizmi ilə yanaşı Azərbaycanda mövcud olan sağlamlıq turizmi, kurort bölgələri və sanatoriyalar haqqında da məlumatlar verilib.

Bu kitab Azərbaycana gələn turistlərə, turizm fəaliyyəti ilə məşğul olan şirkətlərə paylanacaq və kitabın elektron versiyası Azərbaycandakı və əcnəbi ölkələlərdəki turizm şirkətlərinin saytlarında yerləşdiriləcək.
Bütün KİV-lər və mətbuat nümayəndələri kitabın təqdimat mərasiminə dəvət olunur.

Ünvan: Bakı şəhəri Cəfərov qardaşları 16/1. Saat 15.00
Əlaqə telefonları: 070 209 25 00; 050 667 72 45; 012 431 30 13

Yenicag.az

www.yenicag.az

513
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM