Turistləri gəzdirən helikopter yoxa çıxdı

ABŞ-ın Havay adalarında içərisində sərnişinlərin olduğu helikopter radarlardan itib.

Yenicag.az xəbər verir ki, helikopterdə yeddi nəfər, o cümlədən iki uşaq olub.

Hazırda helikopterin havadan və dənizdən axtarışları aparılır.

Qeyd olunur ki, Kauai adası üzərində ekskursiyaya yollanan helikopterdən daha sonra heç bir məlumat alınmayıb./Trend/