Turizmin inkişafında xidməti olanlar təltif edilib – SİYAHI

Prezident İlham Əliyev turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qılıncov Bəxtiyar Vaqif oğlu

“Tərəqqi” medalı ilə

Ağakərimov Müzəffər Mehdi oğlu

Əliyev Zakir Haşım oğlu

Qədəşov Tahir Ərziman oğlu

Yusufov Rüfət Teymur oğlu