“Türk agenti” nazir təyin olundu – Ermənistanda xarici siyasət ona tapşırıldı – FOTO

Ermənistanda yeni təyinat baş tutub.

Yenicag.az xəbər verir ki, Ararat Mirzoyan Ermənistanın yeni Xarici İşlər Naziri təyin olunub.

Qeyd edək ki, A.Mirzoyan Ermənistan parlamentinin spikeri vəzifəsində çalışıb.

Ararat Mirzoyan müharibədən sonra İrəvan küçələrində etirazçılar tərəfindən döyülmüşdü.

Keçmiş Vatikan səfiri olan Minasyan onun Türkiyə agenti olduğunu bildirib və 2005-ci ildə Türk kəşfiyyatı ilə birbaşa əlaqəyə keçdiyinə dair sənədləri yayımlamışdı.