Türk aktyorundan “qandonduran” açıqlama-Foto, Video

87593Məşhur türk serialı “Kiçik gəlin”də baş rolda oynayan aktyor Orhan Şimşək atasını niyə və necə öldürdüyü danışıb. Yenicag.az anspress-ə istinadən xəbər verir ki, ata qatili aktyor cinayəti necə işlətdiyini olduqca soyuqqanlıqla anladıb.

Psixoloji problemləro olduğunu deyən Orhan, ailəsinin məsləhətilə bir müddət əvvəl müalicə aldığını da deyib. Yaxınlarının tövsiyyələri ilə dincəlmək üçün atası ilə Durak Köyünə yola düşdüyünü, qətl hadisəsinin də məhz bu yolçuluqda baş verdiyini açıqlayıb: “İllərdir atamla münasibətimiz pis idi Daha doğrusu o, mənimlə yola getmirdi. Məni sevmirdi, amma qardaşıla mehriban davranırdı. Həmişə şəxsi həyatıma qarışırdı, qardaşımı da mənə qarşı öyrədirdi. İki il əvvəl atamın İstanbuldakı evində qalanda dözə bilməyib üstünə bıçaq çəkmişdim. Özünü pəncərədən atdı. Məndən polisə şikayət etdi və bugünkü bipolyar pozuntuya (depressiv psixoloji xəstəlik) tutuldum. 25 gün xəstəxanada müalicə aldım. Məşhurluq imicimi zədələyirdi, yenə “atamdır” deyib səsimi çıxarmırdım. Dindar deyildi, amma özünü ətrafa elə təqdim edirdi. Ona dedim ki, səni Adıyamana dinin doğru ibadət üsulunu göstərməyə aparacağam. O da qəbul etdi”.

Cümə axşamı atamla birlikdə Durak Köyünə yola düşdük. Yol uzaq olduğundan tualet ehtiyaclarını ödəmək üçün avtomobildən endik. Atam yol kənarındakı tarlaya girdi. Bu arada bir səs mənə “atanı öldür, yanımıza gəl” dedi. Mən də bu səsi dinləyərək geri döndüm və maşının yük yerindəki bıçağı götürüb atamın arxasınca tarlaya girdim. Yanına çatdıqda, “ata, üşüyürəm, mənə adyalı gətir” dedim. Atam adyalı gətirib mənə verdi və arxasını dönüb gedəndə bıçaqla vurdum. Kürəyindən vurduğum ilk zərbədə məndən üzr istədi. Öldürmək fikrindən vaz keçəcəkdim, amma o bu durumumdan istifadə edib əlimi dişlədi. Hirsləndim… Atam da məni söyməyə başladı. Söyüşlərini eşidincə özümü itirdim və yorulana qədər vurdum. Özümə gəlincə atamın ağrılardan əziyyət çəkdiyini gördüm və acı çəkməsin deyə boğazını kəsdim”
Cinayəti sakit şəkildə anlatan Orhan Şimşək atasının öldüyününü dəqiqləşdikdən sonra torpaqla təyəmmüm dəstəmazı alıb. Sonra jandarmaya gedərək təslim olub. Orhan Şimşəkin etirafının ardından polis əməkdaşları və kənd camaatı atası Əli Şimşəkin cəsədinin axtarışına çıxırlar. Saatlarla sürən axtarışdan sonra atası boğazı kəsilmiş halda tarlada tapılır.
Müstəntiqə ifadəsinin ardınca məhkəmənin çıxardığı qərarla həbsxanaya göndərilib. Edam edilməsini istəyən aktyor, cəzasını bir nəfərlik kamerada çəkir.

anspress.com