Türk aviasiyası havaya qaldırıldı: 7 PKK terrorçusu öldürüldü

Türkiyənin Hakkari bölgəsində 7 PKK-lı terrorçu öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə TSQ-dan informasiya yayılıb.

Hakkarinin Yüksəkova vilayətinin çöllük ərazisi ilə Hakurk, Zap və Gara bölgələrində keçirilən hava əməliyyatları zamanı 7 terrorçu zərərsizləşdirilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.