!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türk axını” layihəsi ABŞ-ın hədəfində

!Reklam – Yazi

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar “Türk axını” layihəsinin reallaşdırılmasında ən böyük maneədir.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, “Botaş” şirkətinin baş direktoru Burhan Özcan “Türk axını”nın Türkiyə hissəsinin maliyyələşdirilməsilə bağlı Rusiya enerji nəhəngi “Qazprom”la razılıq əldə olunduğunu açıqlayıb.

“Qazprom”un idarə heyəti isə ABŞ-ın Rusiya ilə bağlı qəbul etdiyi sanksiyaların qüvvəyə minməsindən sonra “Şimal axını-2” və “Türk axını” layihələrinin inşaatının gecikməsindən və ümumiyyətlə, reallaşmamasından narahatdır.

Belə ki, ABŞ-da Rusiya ilə bağlı sanksiyalar ABŞ prezidentinə Rusiya tərəfindən bir dəfədə 1 milyon dollardan artıq və ya ildə 5 milyon dollardan artıq boru xətlərinin inşaatına sərmaye yatıran şəxslərə və ya şirkətlərə sanksiya tətbiq etmək hüququ verir.

Həmçinin, sanksiyalarda bu tip layihələrə avadanlıq, texnoloji və xidmət təqdim etmək qadağan olunur.

“Alor Brocker” şirkətinin eksperti Aleksey Antonov Rusiya ilə Türkiyə arasındakı diplomatik münasibətlərin qısa müddət əvvəl tam nizama salındığını qeyd edib.

Antonov iki ölkə rasındakı siyasi əlaqələrin bundan sonra da davam edəcəyini bildirib. Lakin ekspert əlavə edib ki, ABŞ-ın yeni sanskiyaları “Türk axını” layihəsinin taleyi dəyişdirə bilər. Belə ki, sanksiyalar “Şimal axını-2” layihəsinə sərmayə yatırılmasına problem yaradacaq. Bu halda “Qazprom” “Şimal axını-2” layihəsinə paralel olaraq “Türk axını” layihəsini davam etdirməkdə çətinlik çəkəcək.

Antonov qeyd edib ki, layihəyə sərmayə yatıracaq Türkiyə şirkətləri də sanksiyalara görə narahatlıq keçirəcək. Bu vəziyyət Avropa ilə münasibətlərə də mənfi təsir göstərəcək. Belə olan təqdirdə zərərin nə qədər böyüyə bilcəyini təxmin etmək çətindir.

Layihənin Türkiyədən keçən hissəsinin inşaatının real olduğunu bildirən Antonov Avropaya və oradan İtaliyaya qədər davam edəcək xəttin tikintisinin uzun müddətli və çətin olacağına diqqət çəkib.

TeleTrade şirkətlər qrupunun baş ekperti Mark Goyhman bu layihənin bir çox ölkənin iqtisadi və siyasi maraqları ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya Qara Dənizdə xəttin 50 kilometr uzunluğundakı ilk hissəni tamamlayıb. Lakin ekspert qeyd edib ki, layihəyə ən böyük maneə ABŞ ola bilər. Belə ki, yeni sanksiyalar sadəcə layihəyə sərmayə yatırılmasına deyil, Rusiya qaz boru xətləri üçün avadanlıq təmin edən xarici şirkərə də mənfi təsir göstərəcək.

Qeyd edək ki, “Şimal axını-2” layihəsi Rusiya qazının Baltik dənizinin dibilə Almaniyaya nəqlini nəzərdə tutur. Boru kəmərinin uzunluğu 1220 kilometr, gücü isə ildə 55 milyard kubmetr olacaq. O Rusiya resurs bazası ilə Avropa istehlakçıları bazarını birbaşa əlaqələndirəcək. Obyektin tikintisi 2018-ci ildə başlayıb 2019-cu ilin sonunda başa çatmalıdır. Rusiyanın “Qazprom”, Almaniyanın “E.ON SE” və “BASF SE/Wintershall Holding GmbH.”, həmçinin “Royal Dutch Shell Plc.” (İngiltərə-Hollandiya), “OMV AG” (Avstriya) və “Engie S.A” (Fransa) şirkətləri “Şimal axını-2” layihəsinin səhmdarları qismində çıxış edir.

“Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Rusiya və Türkiyə “Türk axını” layihəsinə dair hökumətlərarası müqaviləni 2016-cı il oktyabrın 10-da imzalayıblar. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik qazötürmə gücü 15,75 milyard kubmetrdir.

Yenicag.az

www.yenicag.az

961
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv