!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türk axını” layihəsinin marşrutu dəyişdirildi

!Reklam – Yazi

Türkiyə ilə Rusiya arasında son dövrlər həyata keçirilən ən önəmli enerji layihəsi olaraq gündəmə gələn “Türk axını”nda marşrut dəyişikliyi edilib.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, Türkiyə üzərindən Avropaya qədər uzanacaq xətt Yunanıstan əvəzinə Bolqarıstan ərazisinə daxil olacaq. Daha sonra boru xətti Bolqarıstan, Rumıniya, Macarıstan üzərindən Avropanın “ürəyi” Avstriyaya çatacaq.

Qeyd edək ki, ilk olaraq “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutub. Rusiya və Türkiyə “Türk axını” layihəsinə dair hökumətlərarası müqaviləni 2016-cı il oktyabrın 10-da imzalayıblar. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik qazötürmə gücü 15,75 milyard kubmetrdir.

“Türk axını”nın birinci xəttinin tikintisinə may ayında başlanılıb. İşlər İsveçrənin “Allseas” şirkətinə məxsus “Audacia” adlı gəmi ilə aparılıb. Dənizin daha dərin hissəsində boru kəmərinin tikintisini isə “Pioneering Spirit” adlı vasitəsilə həyata keçirilib.

İyul ayında Rusiyanın “Qazprom” şirkəti Qara dənizin dibində “Türk axını” boru kəmərinin ikinci xəttinin tikintisinə başlayıb.

www.yenicag.az

1818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv