“Türk axını” layihəsinin reallaşdırılması “Cənub axını”ndan daha çox vaxt aparacaq”.
Yenicag müsavat-a istinadən bildirir ki, bu açıqlama ilə “Qazprom”un rəsmi nümayəndəsi Serqey Kupriyanov çıxış edib:
“Layihənin reallaşdırılmasına daha çox vaxt lazım olacaq. İşlər sürətləndiriləcək, Türkiyə sahilinə çıxış tam təmin ediləcək. Ancaq AB ərazisində infrastruktur qurmaq planlaşdırılmır. Həmçinin bu layihəyə daha çox vəsait xərclənəcək”.
Qeyd edək ki, bu qaz kəmərinin tikintisi haqqında 1 dekabr 2014-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Vladimir Putin bildimişdi.