“Türk dövlətləri ilə ortaq layihələr həyata keçirmək istəyirik” – Türk Plastik və Estetik Cərrahiyyə Dərnəyinin sədri – VİDEO
“Biz iki dövlət, amma bir millətik və eyni dili danışmağımız böyük üstünlükdür”.
Xəbər verdiyimiz kimi, bu gün Bakıda III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi və Beynəlxalq Senologiya Konqresi keçirilib.
Konqresdə iştirak edən Türk Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Dərnəyinin sədri, tanınmış plastik cərrah Dr. Şükrü Yazar Yenicag.az-ın suallarını cavablayıb.
Ş. Yazar, həmçinin keçən il Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan və Özbəkistanın iştirakı ilə yaradılan bir platformanın daha da inkişaf etdiriləcəyini qeyd edib.
“Türk dövlətləri ilə ortaq layihələr həyata keçirmək istəyirik. Bu platforma vasitəsilə tibb sahəsində əməkdaşlıq və bilik mübadiləsini gücləndirəcəyik”, – deyə o, vurğulayıb.
Ətraflı videomaterialda:
Məsimə Məmmədova
Samir Məcidov