“Türk Dövlətləri Təşkilatı bu gün dünyanın öndə gələn beynəlxalq qurumları arasına girib”.
Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısından sonra xalqa müraciətində deyib.
Ərdoğan müraciətində Səmərqənd səfərindən danışaraq bunları qeyd edib:
“Türk Dövlətləri Təşkilatının Liderlər Zirvəsi üçün getdiyimiz Səmərqənddə çoxlu sayda ikitərəfli görüş ilə təşkilata üzv ölkələrlə münasibətlərimizi gücləndirdik.
1992-ci ildə qurulan, 2010-cu ildə Şuraya çevrilən, 2021-ci ildə keçirilən İstanbul zirvəsilə hazırkı adını qazanan Türk Dövlətləri Təşkilatı bu gün dünyanın öndə gələn beynəlxalq qurumları arasında girib”.