“Türk Dövlətləri Təşkilatında hər kəs yönünü Türkiyəyə çevirib” – Binəli Yıldırım

“Türk Dövlətləri Təşkilatında hər kəs yönünü Türkiyəyə çevirib. Hər şey Türkiyədən, Türkiyənin liderliyindən, Rəcəb Tayyib Ərdoğandan gözlənilir”.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin sonuncu baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Binəli Yıldırım danışıb.

Binəli Yıldırım TDT-nin Türkiyədən gözləntisinin ölkə üçün böyük şərəf, eyni zamanda, böyük məsuliyyət olduğunu vurğulayıb.