!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türk dövlətlərinin guya Qazaxıstanı Rusiyaya “yedirtmələri” haqda iddialar...” – AKP-li deputatın ŞƏRHİ

!Reklam – Yazi

“Türkiyənin Qazaxıstana ordu yeritməli olduğunu düşünmək yanlışdır”.

Bu fikirləri Qazaxıstanda baş verən məlum proseslərdə Türkiyənin və digər türk dövlətlərinin passivliyinə dair iddialara münasibət bildirən Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda əsas məsələ Qazaxıstanda sabitliyin tam bərpası və KTMT hərbi kontingentinin ölkədən çıxarılmasıdır:

“Əlbəttə ki, Türk dünyasının və ümumiyyətlə, regionun ən əhəmiyyətli ölkələrindən biri olan Qazaxıstanda baş verən olaylar bizi dərindən kədərləndirir. Oradan verilən rəsmi məlumatlara əsaslansaq, ölkədə vəziyyət sabitləşməyə doğru gedir və istərdik ki, bu proses tezliklə yekunlaşsın, KTMT qüvvələri ölkəni tərk etsin.

Mən Türkiyənin, eləcə də digər türk dövlətlərinin Qazaxıstan olaylarına səssiz qaldıqları, hətta bu qardaş ölkəni Rusiyaya “yedirtmələri” haqda iddialarla razı deyiləm. Türkiyə ilk gündən etibarən, bu məsələyə münasibət bildirdi, mövqeyini ortaya qoydu.

Digər tərəfdən, Türkiyənin Qazaxıstana ordu yeritməli olduğunu düşünmək yanlışdır. Bilirsiniz ki, Qazaxıstan KTMT-nin üzvüdür və bu ölkənin rəhbərliyi sabitliyin bərpası üçün öz tərəfdaş ölkələrini yardıma çağırdı. Yəni bu, türk dövlətlərinin Qazaxıstanı Rusiyaya “yedirtmələri” anlamına gəlməməlidir.

Heç Rusiyanın özünün də indiki durumunda Qazaxıstanın işğalı haqda düşünməsi imkansızdır. Onun özünün Ukrayna, Gürcüstan kimi problemləri var, Qərblə qarşıdurma vəziyyətindədir. İndi əsas diqqət Qazaxıstanda sabitliyin bərpa edilməsinə, region ölkələrinin iştirakı ilə əməkdaşlıq üçün əlverişli zəmin yaradılmasına yönəldilməlidir”.

A.Zeynalov

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv