Türk dövlətlərinin XİN rəhbərləri Qazaxıstan gündəmiylə toplanır

Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.

Yenicag.az “Anadolu”ya istinadən xəbər verir ki, XİN rəhbərləri yanvarın 11-də videokonfrans vasitəsilə bir araya gələcəklər.

Gündəm mövzusu Qazaxıstanda son baş verən olaylar olacaq.