!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk dünyasına çağırış: "Uyğur türklərinə dəstək olmalıyıq"

!Reklam – Yazi

“Çindəki Türk varlığının qorunub saxlanılması üçün gərəkən addımlar atılmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Çindəki kommunist rejiminin Uyğur türklərinə qarşı repressiv siyasətinə Türk dünyasından yetrəli səviyyədə təpki verilməməsinə toxunan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, Türk dövlətlərinin bu repressiyaya səssiz qalmaları doğru deyil:

“Etnik kimlik məsələsi Türk dövlətlərinin rəsmi siyasətində arxa plana keçir. Qərb dünyası ilə Türkiyə və Türk cumhuriyyətlərin çox sıx əlaqələri yoxdur. Türk cumhuriyyətləri Qərblə soyuq savaş durumunda Çinin iqtisadi imkanlarından, texnologiyalarından bəhrələnməlidirlər.

Şərqi Türküstan Çin üçün Türk dünyası ilə əlaqələrin mövcudluğu baxımndan, göydəndüşmə bir faktordur. Şərqi Türküstan öz haqları və gələcəyi uğruna mübarizə aparır, qətliamlara məruz qalır, uyğun qardaşlarımıza etnik kimliklərinə görə ağır cəzalar verilir.

Türk dünyası isə təəssüf ki, Çinin bu siyasətinə qarşı səsini çıxarmır. Ola bilər, bu təmkinli yanaşma o ölkələrin dövlət marağından irəli gəlir.

Bəlkə də kimlərəsə populist ifadə kimi görünəcək, amma düşünürəm ki, Türk dünyası Uyğur türklərinə xəyanət edir. Lakin bütün hallarda Çindəki Türk varlığının qorunub saxlanılması üçün gərəkən addımlar atılmalıdır”.

Aqil Bəkir

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv