“Türk dünyasından hekayə əsintiləri” adlı kitab nəşr edilib.
Yenicag.az xəbər verir ki, Türkiyənin Pamukkale Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri, professor Nərgiz Birayın redaktorluğu ilə “Yeşil kayın” nəşriyyatı tərəfindən çap olunan kitabda türk dünyasının önəmli yazarlarının Türkiyə türkcəsinə çevrilən hekayələri yer alıb.
Kafedra tələbələrinin ümumi əməyinin nəticəsində ərsəyə gələn kitab həm də türk xalqlarının ədəbiyyatını araşdıran tədqiqatçıların müəyyən dövrün ədəbi portretini görmələri baxımından işlərini xeyli asanlaşdıracaq.
Qeyd edək ki, kitabda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Süleyman Sani Axundov və Üzeyir Hacıbəylinin hekayə/felyetonlarına da yer verilib. Hekayə/felyetonları Türkiyə türkcəsinə ədəbiyyatçı və tənqidçi, Pamukkale Universitetinin doktorantı, “Yeni Çağ” Media Qrupunun əməkdaşı Aqil Bəkir çevirib.