Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Türk dünyasının Kıbrısı” kitabı təqdim olunub – Fotolar

Bu gün yazıçı-publisist Afət Sadıqoğlunun “Türk dünyasının Kıbrısı” kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə Quzey Kıbrıs Türk Cumhuriyyətinin (QKTC) Azərbaycan nümayəndəliyinin və Türkiyənin Bakıdakı səfirliyinin təmsilçiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan QKTC-nin Bakı nümayəndəsi xanım Ufuk Turqaner təqdim olunan kitabın Quzey Kıbrısın Azərbaycanda daha yaxından tanıdılmasına böyük töhfə verəcəyini vurğulayaraq, müəllifə minnətdatlığını bildirib.

QKTC-nin təhsil naziri Özdemir Berova isə öz çıxışında Quzey Kıbrıs və Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə sürətlə inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb.

Nazir “Türk dünyasının Kıbrısı” kitabının Azərbaycanda Quzey Kıbrıs haqqında bilgiləri daha da zənginləşdirəcəyinə inandığını bildirib.

Daha sonra çıxış edən Afət Sadıqoğlu müəllifi olduğu “Türk dünyasının Kıbrısı” kitabın Azərbaycan-Türkiyə- Quzey Kıbrıs əlaqələrinin genişlənməsinə töhfə verəcəyinə ümid etdiyini söyləyib.

A.Zeynalov

 

www.yenicag.az

666
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM