Türk əsgəri şəhid oldu

Türkiyə Ordusu şəhid verib.

Yencag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, qeyri-qanuni yollarla Türkiyədən Suriyaya keçməyə çalışan şəxslərin qarşısını alarkən Savaş Dinç adlı zabit şəhid olub.

Milli Müdafiə naziri Hulusi Akar şəhidlə bağlı başsağlığı verib.