Türk əsgəri şəhid oldu – Həyat yoldaşı hamilə idi

Türkiyə Ordusu şəhid verib.

Yenicag.az xəbər verir ki, İraqın şimalında xidmətdə olan çavuş Harun Çalışqan piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində 29 yaşlı Çalışqan şəhid olub.

Türkiyə mediasının yazdığına görə, Çalışqanın həyat yoldaşı iki aylıq hamilə olub.