Türk əsgəri şəhid oldu

Türkiyə Ordusu şəhid verib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 17 sentyabrda İraqın şimalında əldəqayırma bombanın partlaması nəticəsində yaralanan Ümit Solakın həyatını xilas etmək mümkün olmayıb. O, bütün müdaxilələrə rəğmən bu gün müalicə aldığı xəstəxanada vəfat edib.