!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk əsgəri Sincarı PKK-nın başına yıxdı: Əməliyyatdan görüntülər - Foto,Video

!Reklam – Yazi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Sincar bölgəsində terrorçu PKK-ya qarşı növbəti hava əməliyyatını keçirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb:

“Ölkəmizin və millətimizin bütövlüyünə, təhlükəsizliyinə qəsd edən bu terror yuvalarının məhv edilməsi məqsədi ilə beynəlxalq hüquqa əsaslanan haqlarımızdan istifadə edərək, 2017-ci il aprelin 25-i saat 02:00 radələrində İraqın şimalındakı Sinca, Suriyanın şimal-şərqindəki Karaçok dağı bölgələrində hava əməliyyatı keçirilib. Ərazidə terrorçulara məxsus bütün hədəflər dəqiqliklə vurulub”.

Terror şəbəkəsinin “2-ci Qəndil”i kimi tanınan Sincarda keçirilmiş hava əməliyyyatının nəticələrini əks etdirən foto və video-görüntülər də yayılıb.

Yeniçağ.Az

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv