!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk əsgəri suriyalı əlilləri sevindirdi

!Reklam – Yazi

Suriyalıların ümid yeri olan türk əsgərləri “Barış Pınarı” əməliyyatı ilə terrordan təmizlənən bölgədə yaşayan fiziki məhdudiyyətli şəxslərə əlil arabası paylayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumat yayıb. Məlumatda bildirilib ki, əlil arabası verilən bir uşaq sevinc içində əsgərlərə təşəkkür edib. Gənc bir qızın anası isə Türk əsgərlərinə, “Allah işinizi avand eləsin, Allah sizdən razı olsun. Allah sizi qorusun, müvəffəq etsin, Allah xeyir işlərinizi çoxaltsın”, – deyib.

Gənc qızın başqa bir yaxını isə Türk xalqı ilə Suriya xalqı arasında ayrı-seçkilik edilmədiyini vurğulayıb:

“Bütün qəlbimlə təşəkkür edirəm. Türk əsgəri əlil uşaqlarımıza əlil arabası gətirir. Bu bölgədə yaşayan əhali də Türk əsgərinə hər cür dəstəyi verməyə hazırdır. Allah Türk əsgərinə güc versin və bu bölgədəki yardımlar daha çox insana çatsın. Sizə bütün qəlbimizlə təşəkkür edirik.”

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv