Türk əsgərindən Tel-Abyadda uşaqlara geyim yardımı

“Barış Pınarı” əməliyyatı ilə terrordan təmizlənən Tel-Abyadda 2-10 yaşları arasında olan uşaqlara geyim əşyaları yardımı edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Açılamada bildirilib ki, “Barış Pınarı” əməliyyatı ilə terrordan təmizlənən bölgəyə yardımlar davam edir.  Tel-Abyadda 2-10 yaşları arasında olan uşaqlara geyim yardımı edildi. Uşaqların üzləri gülümsəyir.” – ifadələri qeyd olunub.

Sülh elçisi və dinc sakinlərin ümidi olan Türk əsgəri, “Barış Pınarı” əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə və əhaliyə yardım etməyə davam edir.