Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına yollanan türk əsgərinin cavabına mahnı bəstələnib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, jurnalistin suallarına verdiyi möhtəşəm cavablarla hamını qürurlandıran mehmetciyin şərəfinə türkü yazılıb. Məşhur müğənni Ahmet Şafakın səsləndirdiyi türkünün 52 saniyəlik hissəsi sosial şəbəkədən paylaşılıb.
Qeyd edək ki, Afrinə yollanan əsgər ailəsinə “gözləməsinlər” mesajı göndərmişdi.