Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir.
Yenicag.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.
Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Hazırda qanunun müzakirələri aparılır.
Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
Sənəddə qeyd edilib:
“Dost və qardaş ölkənin Azərbaycanın işğal altındakı torpaqlarını xilas etmək üçün mübarizə illərdir davam edir.
Ermənistanın 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağ cəbhə xətti boyunca hərbi və mülki hədəflərə hücumlarına cavab olaraq, Azərbaycan özünümüdafiə hüququ əsasında başlatdığı əks əməliyyat nəticəsində işğal olunmuş ərazilərinin azad edilməsində əhəmiyyətli uğurlar əldə etdi.
Türkiyə, beynəlxalq hüquqa və suverenliyin qanuni hüquqlarına əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, hər kəsin hüquqlarını qorumaq üçün əvvəldən bu günədək dəstək verdi. Nəticədə, Azərbaycanın əks əməliyyatında əldə etdiyi irəliləyiş bu sahədə yeni bir vəziyyət yaratdı.
Azərbaycan, Rusiya və Ermənistan arasındakı razılaşmaya uyğun olaraq, 10 Noyabr 2020-ci il tarixində saat 00:00-a qədər bölgədə atəşkəsə qərar verildi və bəzi işğal olunmuş ərazilərin cədvələ uyğun olaraq Azərbaycana qaytarılmasını ehtiva edən bir plan elan edildi.
Razılaşmaya əsasən, atəşkəsə əməl olunmasına nəzarət üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində birgə mərkəz yaradıldı.
Azərbaycanın təyin edəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Ortaq Mərkəzdə və bu Mərkəzin həyata keçirəcəyi fəaliyyətlərdə Türk Silahlı Qüvvətləri personalının xidmət etməsinin, 16 Avqust 2010 tarixində imzalanan “Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” əsasında ölkəmizin üzərinə götürdüyü öhdəliklərə, Azərbaycanın ərazi bütünlüyünü təsbit edən beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası qətnamələri və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı prinsiplərinə uyğun olduğu; bölgə xalqlarının da hüzur ev rifahı yararına olacağı, ayrıca milli mənafelərimiz baxımından zəruri hesab olunur”.