Türk əsgərlərindən nümunəvi ADDIM – Çörəyini suriyalılarla bölüşdü… – FOTO

Xidmət etdiyi bölgələrdə yüksək insani keyfiyyətləri ilə seçilən türk əsgəri “Barış pınarı” əməliyyatının həyata keçirildiyi bölgədə də insanların qəlbində taxt qurub.

Yenicag.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri “Barış pınarı” bölgəsindəki Tel Abyadda onlar üçün səyyar sobalarda bişirilən çörəyi təhlükəsizliyini təmin etdikləri yerli əhali ilə də bölüşüb.

Əsgərlərin payladığı isti çörəklərə görə böyük sevinc hissi keçirən uşaqların türk əsgəri ilə hər görüşündə duyğulu anlar yaşanıb.

Qeyd edək ki, türk ordusu müharibədən zərər görən insanlara humanitar yardımlar göstərməklə bütün dünyaya nümunə olacaq davranışlar nümayiş etdirir.