!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türk futbolçu AFFA-nın seçimini lağa qoyub

!Reklam – Yazi

43851Türkiyənin “TRT Spor” kanalında yayımlanan “Futbol Arenası” verilişində maraqlı açıqlama verilib.

Veteran futbolçu Sərgən Yalçın vaxtilə Super Liqada oynamış əcnəbi futbolçuların karyerasını bitirdikdən sonra qardaş ölkədə məşqçilik etməsinin düzgün olmadığını deyib.

Sərgən həmçinin bu yaxınlarda Azərbaycan milli komandası ilə anlaşan Robert Prosineçkinin də adını çəkib: “Aleks də karyerasını başa vurdu. Türkiyə nəhənglərindən birini ona verək, çalışdırsın. Və ya Türkiyə Futbol Federasiyasının başına Aleksi gətirək. Onsuz da Türkiyədən gedən futbolçulara öz ölkələrində iş vermirlər. Onlara heç Avropada da sahib çıxan yoxdur. Çünki komandalar normal “CV” tələb edir. Türkiyədə böyük adam dediyimiz məşqçilərin heç biri Avropada çalışa bilmir. Buna görə də yenidən Türkiyəyə qayıdırlar. Biz Robert Prosineçkini böyük məşqçi hesab etdik. 50 komanda “biz alaq” dedi. Sonda bilirsiz hara getdi? Azərbaycan milli komandasına… Araşdırın, görün əvvəl harada çalışıb. Öz ölkəsinin klubu olan “Srvena Zvezda”da. Bu klub da 20-30 il əvvəl güclü idi. Biz sadəcə, Avropada heç kimin iş vermədiyi adamları baş məşqçi edirik. Belə məsələlərdə maraqlıyıq. Bundan əlavə Roberto Karlos Avropada iş tapsa, “Sivasspor”da çalışarmı?” (anspress.com)

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv