Türk futbolçu La Liqa klubuna keçdi – 14 milyona

Türkiyəli futbolçu Enes Ünalın yeni klubu bəlli olub.

Yenicag.az xəbər verir ki, müqavilə ilə “Mançester Siti” klubuna məxsus olan gənc hücumçu karyerasını İspaniya La Liqasında davam etdirəcək. O, 14 milyon avro qarşılığında “Vilyareal”a transfer olunub.

Tərəflər arasında 4 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Enes Ünal son mövsümü icarə əsasında “Tvente” klubunda keçirib. 20 yaşlı forvard Hollandiya təmsilçisinin heyətində meydana çıxdığı 33 qarşılaşmada 19 qola imza atıb.

Yenicag.az

Loading...