Endirim şəhid olanların həyat yoldaşları, valideynləri və övladlarına şamil edilir
Yenicag.az xəbər verir ki “Türk Hava Yolları” (THY) və “Anadolu Jet” şirkətləri ölkədaxili uçuşlarda şəhid ailələrinə 20%-lik endirim edəcək.
“APA-Economics”in xəbərinə görə, bu barədə THY-nin mətbuat xidmətinin açıqlamasında deyilir.
Şirkətin qərarında qeyd edilir ki, endirim şəhid olanların həyat yoldaşları, valideynləri və evli olmayan, 25 yaşı tamam olmayan övladlarına şamil edilir.