!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk Hava Yollarından XƏBƏRDARLIQ: Alınmış biletləri necə qaytarmaq və ya dəyişdirmək olar?

!Reklam – Yazi

Azərbaycan və Türkiyə prezidentlərinin qəbul etdikləri birgə qərara əsasən, martın 15-dən 31-nə qədər iki ölkə arasında təyyarə reysləri ləğv edilib.

Yenicag.az xəbər verir ki, “Türk Hava Yolları” (THY) bu qərardan irəli gələrək, alınmış biletləri dəyişdirmək və ya ləğv etmək prosedurları haqqında sərnişinləri məlumatlandırıb.

“15-31 mart aralığında olan reyslərə bilet almış sərnişinlərimiz aşağıdakı şərtlərlə biletlərini dəyişdirə və ya geri qaytara bilərlər:

Əməliyyatı martın 31-nə qədər həyata keçirməklə;

– Eyni reysə və ya eyni ərazidəki başqa bir məntəqəyə alınmış bileti ən geci mayın 31-nə qədər istifadə edilə biləcək qaydada ödənişsiz dəyişdirmək olar.

– Biletin istifadə müddəti martın 31-nə kimi uzadıla bilər.

– Uçuşlarını təxirə salan sərnişinlər biletlərini qaytararaq ödədikləri vəsaiti geri ala bilərlər.

Biletlərdə dəyişiklik edilməsi və geri qaytarma əməliyyatları:

– Bilet THY internet saytından alınıbsa, aşağıdakı “call center” nömrələrilə;

– Başqa bir internet resursundan alınıbsa, internet səhifəsindəki əlaqə nömrələrindən;

– Hər hansı bir turizim şirkətindən alınıbsa, həmin şirkətin ofisindən əməliyyatları icra etmək olar.

Bakı və Gəncə ofislərimizdən sadəcə ofisdən verilən biletlər üçün köməklik göstərilir. Azərbaycandan Türkiyəyə qayıtmaq istəyən Türkiyə vətəndaşları üçün
yetərsay olduqda, xüsusi təxliyə reysləri həyata keçiriləcək.

Resylər həyata keçirilən zaman yalnız Türkiyə vətəndaşları qəbul ediləcək. Türkiyədə qeydiyyatda olan Azərbaycan və başqa ölkələrin vətəndaşları qəbul edilməyəcək.

Təxliyə reysi ilə uçmaq istəyən Türkiyə vətəndaşlarının [email protected] ünvanına ad-soyad, pasport şəkli, telefon-e-mail məlumatlarını göndərmələri tələb olunur. Əlavə məlumatlar elektron ünvan vasitəsilə veriləcək.

“Türk Hava Yolları” (THY) ilə əlaqə nömrələri:

+994 12 404 8 849
+90 212 444 0 849”.

www.yenicag.az

1668
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv