!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk İnternet Media Birliyi 7 ölkədən jurnalisti qala yeməyində bir araya gətirdi - FOTO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Türkiyənin paytaxtı Ankarada Türk İnternet Media Forumu keçirilib.

Yenicag.az xəbər verir ki, Türk İnternet Media Birliyi və Türkiyənin Radio və Televiziya Yüksək Şurasının (RTÜK) birgə təşkilatçılığı ilə keçirilən forumda 7 ölkədən çox sayda jurnalist iştirak edib.

Forumda Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan, RTÜK sədrinin müavini Orxan Özdəmir, İnternet Media və İnformasiya Federasiyasının sədri Süleyman Basa, ATV-nin Ankara nümayəndəsi Şəbnəm Bursalı və digərləri çıxış ediblər.

Forumdan sonra qala yeməyi təşkil olunub. Yeməkdə Türk İnternet Media Birliyinin qurucularından olan “Yeni Çag” Media Qrupunun rəhbəri Aqil Ələsgərin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə (MŞ İH) seçilməsi xüsusilə vurğulanıb. Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan və digər qonaqlar Aqil Ələsgəri bu münasibətlə təbrik ediblər. Media Qrup rəhbərinin MŞ İH-yə seçilməsi şərəfinə tort kəsilib.

Qeyd edək ki, forumda internet medianın hazırkı durumu müzakirə edilib, bununla bağlı hazırlanan yeni qanun layihəsi ətrafında fikir mübadiləsi aparılıb, mövcud vəziyyət və perspektivlər haqqında çıxışlar edilib.

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv