Türk iş adamının arvadı qaçırıldı – FOTO

ABŞ-ın ən zəngin türk iş adamlarından olan Hamdi Ulukayanın arvadı Ayşe Giray qaçırılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Florida ştatının Vest Palm şəhərində baş verib.

Maraqlıdır ki, onu qaçıranlar da Türkiyə vətəndaşları olublar. Polisin axtarışı nəticəsində Murat Ekdi və Mustafa Gençpğlanoğlu saxlanılıb. Həbs olunan şəxslər Girayın bank hesabından 2,5 milyon dollar çəkməyə çalışsalar da, cəhdləri uğursuz alınıb.

İddiaya görə, hadisənin baş verdiyi gün Gençoğlanoğlu Girayın evində boya işləri görüb. Ayşe Giray Mustafadan onu maşınla dəmiryol stansiyasına aparmasını xahiş edib. Bu məqamda Mustafa Gençoğlanoğlu qadına şok tapançası ilə 5-6 dəfə atəş açıb və qadın özündən gedib. Daha sonra Ayşe Girayı şəriki Murad Ekidi ilə öncədən kirayəyə götürdüyü evə aparıb. Cinayətkarlar özünə gələn Ayşe Girayın əlinə daha öncə 3 nəfərin vurulduğu tapançanı tutuşduraraq təhdid ediblər. Onlar qadına 4 milyon dollar verməyəcəyi halda polisə şikayət edəcəklərini bildiriblər. Qadın isə 4 milyonunun olmadığını, yalnız 2,5 milyon dollar verə biləcəyini bildirib. Pulu çəkmək üçün banka yollanan şəxslər polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Hamdi Ulukaya yoqurt istehsalı ilə məşğul olan “Chobani” şirkətinin yaradıcısıdır.