!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk iş adamları Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO

!Reklam – Yazi

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Yenicag.az xəbər verir ki, bu münasibətlə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, eləcə də TÜİB-ə üzv olan türkiyəli iş adamları Fəxri Xiyabanda olublar.

Onlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, öz ehtiramlarını bildirib, əklil qoyaraq, mərhumun ruhuna dualar oxuyublar.

Ziyarətdən sonra jurnalistlərə açıqlama verən Erkan Özoral bildirib ki,
Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ən böyük liderlərindən biridir. Heydər Əliyev gördüyü işlərlə həm də bütün türk dünyasına xidmət edib. Müstəqillikdən sonra Türkiyə-Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün çox böyük əziyyətlər çəkib”.

Hüseyin Böyükfırat isə Heydər Əliyevi 100 ilin ən böyük liderlərindən biri adlandırıb. TÜİB sədrinin sözlərinə görə, ümumilli lider vəfatından sonra arxasında güclü bir dövlət qoyub.

www.yenicag.az

2609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv