Türk iş adamlarını birləşdirən TÜİB iftar yeməyi tədbiri təşkil edib – FOTO/VİDEO

1 aprel 2024-cü il tarixində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin növbəti ənənəvi iftar yeməyi tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, müqəddəs Ramazan ayında təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) prezidenti Məmməd Musayev, Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədrinin müavini Mətin Əsgər, millət vəkilləri, rəsmi şəxslər, iş adamları, ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak edib. Həmçinin şəhid və qazilərin ailə üzvləri iftar yeməyinə fəxri qonaq olaraq dəvət edilib.

Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunaraq başlanılıb. Qonaqları salamlayan TÜİB İdarə heyətinin sədri Hüseyin Büyükfırat Ramazanın birlik və həmrəylik ayı olduğunu bildirib. TÜİB Azərbaycan-Türkiyə arasında işgüzar və mədəni-humanitar əlaqələrinin güclənməsində aktiv iştirak etdiyini qeyd edib.

Daha sonra iftar tədbiri ilə bağlı Türkiyə Respublikasının Ticarət naziri Prof.Dr.Ömer Bolat, Türkiyə Respublikasının Prezidentinin Maliyyə Ofisinin rəhbəri Prof.Dr.Göksel Aşan və Ak Parti Genel Başkan Yardımcısı,Trabzon millət vəkili Mustafa Şenin məktubları oxunub.

Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədrinin müavini Mətin Əsgər TÜİB ilə birgə həyata keçirilən “Qardaş Ailə” layihəsinin Azərbaycan və Türkiyə şəhid ailələrini vəqaziləri bir araya gətirərək mənəvi dəstəyin göstərilməsi, qardaşlıq bağlarının daha da möhkəmləsinə xidmət etdiyini bildirib.

Səmimi və işgüzar ortamda davam edən tədbirin sonunda TÜİB-in həyata keçirdiyi layihələrə dəstək göstərən dövlət qurumları və TÜİB üzvlərinə plaketlər təqdim edilib.

COP29