Türk jurnalist səhiyyə nazirinə Azərbaycan mahnısı ilə cavab verdi

Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Əhməd Hakan ölkənin səhiyyə naziri Fəxrəddin Qocanın “Bizə nə oldu belə?” tvitinə reaksiya verib.

Yenicag.az xəbər verir ki, Hakan bugünkü köşə yazısında nazirin sözügedən tvitinin ona Azərbaycanın “Ay qız” mahnısını xatırlatdığını qeyd edib.

“Səhiyyə naziri Fəxrəddin Qoca maska/məsafə məsələsindəki vecsizliyə sitəm edərək belə deyib:

“Bizə nə oldu belə?”

Bunu eşidincə Azərbaycanın “Ay qız” mahnısını xatırladım…

*

“Söylə, söylə, bizə belə noldu yar?” – deyə Əhməd Hakan vurğulayıb.