Reklam: High Technic
hightechnic

Türk kardioloqlarının Bahar simpoziumu - Fotolar

Bu gün Bakıda Türk Dünyası Kardioloji Birliyinin növbəti simpoziumu keçirildi.

Yeniçağ.az xəbər verir ki, tədbiri Türk Dünyası Kardioloji Birliyinin prezidenti Ömer Kozan açaraq, kolleqalarını salamlayıb, onları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. Sonra Bahar simpoziumun məqsədindən danışıb. Daha sonra Mərkəzi Klinik Xəstəxananın Kardiologiya şöbəsinin müdiri və Türk Dünyasının Kardiologiya Birliyinin vitse-prezidenti dr. Firdovsi İbrahimov çıxış edib.

Qeyd edək ki, simpoziumu “Gen İlaç” və “Sağlıq Ürünləri” adlı şirkət təşkil edib. Gündəlikdəki məsələlər kardiologiyakı son yeniliklər, bu sahədəki problemlərin həllində dünya təcrübəsini azərbaycanlı həkimlərlə bölüşməkdir.

Axşam saatlarına qədər davam edəcək simpoziumda Azərbaycanın tanınmış ürək cərrahları ilə yanaşı Türkiyədən gələn uzman-həkimlər: Mehdi Zoghi, Mehmet Uzun, Meral Kayıkçıoğlu da iştirak edir.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

174