“Türk kimliyinin geosiyasi gücə çevrilməsindən ehtiyat edirlər” – Adıgözəl Məmmədov

12079074_886305641460340_2377199409158441108_n35 saylı Xətai üçüncü seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd, Slavyan-Türk birliyi hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov M. Ə. Sabir adına Şəhər Kitabxana-klubunda seçicilərlə görüş keçirib. Görüşdə el ağsaqqalları, ziyalılar, rayon ərazisində yaşayan sakinlər və gənclər iştirak ediblər. Bu barədə Yenicag.az-ın suallarını cavablandıran politoloq seçkilərlə yanaşı regionda baş verən prosseslərə də münasibət bildirib.

– Dünən sizin 35 saylı Xətai üçüncü seçki dairəsindən seçicilərinizlə görüşünüz necə keçdi?

– Dünən 35 saylı Xətai üçüncü seçki dairəsindən seçicilərimlə çox ciddi müzakirələrlə keçən görüşüm baş tutdu. Təəssüf ki, görüşə gələn seçici sayının çoxluğundan bir çox vətəndaşlarımız akt zalına daxil ola bilmədilər. Ona görə onların hər birindən üzr istəyirəm. Bütün bunları nəzərə alaraq Dairə Seçki Komissiyasından xahiş edəcəyəm ki, növbəti görüşümü daha böyük zallarda keçirməyimi təmin etsinlər. Seçicilər tərəfindən bir çox problemlər qaldırıldı. Sakinlərin sosial məsələləri, işsizlik, məmur özbaşınalığı və s. Amma xüsusi müzakirə mövzusu bizim Azərbaycanımızın dünyada gedən geopolitik qarşıdurma kontekstində hamımızın bir olmasının vacibliyi haqda idi.

Bu gün Azərbaycanın regiondakı strateji mövqeyi bir çox imperialist dövlətləri ciddi narahat edir. Həqiqətən də, “tarix təkərrür edər, əgər sən ondan ibrət götürməsən” deyən Mehmet Akif heç də yanılmayıb. Hazırkı real  durum bir daha onu göstərdi ki, əgər sən milli yaddaşın daşıyıcısı deyilsənsə, bu ibrətamiz sözdən nəticə çıxarmayacaqsan.

Əgər dünyanın bugünkü geosiyasi vəziyyətinə nəzər salsaq görərik ki, keçmişdəki tarixi vəziyyət davam edir və təkrar olunur.

12179813_892318367520116_1741631581_nAydındır ki, çağdaş dünyadakı maraqlar olduqca ziddiyyətlidir. Tarix boyu həmişə belə olub. Bundan çıxış edərək söyləmək olar ki, dünyada maraqlar ilə bağlı ziddiyyətlər həmişə bu cür qalacaqdır. Fikrimcə, günümüzün hadisələrinə bu baxımdan nəzər yetirmək ədalətli olardı. Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənib. Amma dünyada bundan sonrakı dəyişiklikləri nəzərə almaqla regionda yeni geosiyasi strategiyalar işləyib hazırlamaq lazım gələcək. Bizim region əsasən slavyan və türk etnoslarının bir-biri ilə çulğaşdığı coğrafiyadır. Nəzərə alsaq ki, Qafqaz, İran, Orta və Kiçik Asiyanın, eləcə də Rusiyanın özündəki bəzi muxtar qurumların əhalisinin böyük hissəsini türkdilli xalqlar təşkil edir, onda slavyan-türk xalqları arasında əlaqələri öyrənməyin nə qədər aktuallıq kəsb etdiyini başa düşmək olar.

– Hazırda XXI əsrdə baş verən siyasi gedişatlarla keçmiş  tariximizin hansı əlaqəsi var?

– Sovet İttifaqı dağıldıqdan sonra 5 müstəqil türkdilli dövlət yarandı (Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Azərbaycan). Türkiyə Respublikası bütün türk ölkələri ilə diplomatik əlaqələr quran ilk dövlət oldu. Türk kimliyinin  bölgədə, o cümlədən də dünyada geosiyasi gücə çevrilməsindən çox ehtiyat edirlər. Bunun üçün bizdə hər cür rıçaqlar mövcuddur. Amma aşağıdakı amilləri həyata keçirmək  gərəkdir:

  1. Bu coğrafiyada siyasi sabitlik,
  2. İqtisadiyyatın əlaqəli stimullaşdırılması,
  3. Praqmatizmə əsaslanan razılaşdırılmış xarici siyasət,
  4. Xalqlarımızın tarixi keçmişinə əsaslanan mənəvi birliyini təmin etmək,
  5. Slavyan dünyası ilə bu coğrafiyada bərabər strategiyalara getmək,
  6. Bölgədə bərabər güclü döyüş qabiliyyətli ordu yaratmaq,
  7. Qərb ölkələrində və ABŞ-da lobbizmin dinamik inkişafın həyata keçirmək və bir çox siyasilərini satın almaq.

Ona görə də bütün bunları bizə düşmən kəsilmiş ölkələr də anlayır və bilirlər. Hansısa yolla bölgədəki vəziyyəti dəyişmək istəyirlər. Son vaxtlar bu tendensiya daha çox ayrı-ayrı dövlətlərin simasında özünü göstərməkdədir. Müəyyən dairələr bölgədəki geosiyasi vəziyyəti öz xeyirlərinə dəyişməyi çox arzu edirlər.

– XXI əsrin Azərbaycan gəncində daha hansı mənfi halları müşahidə edirsiniz?

– Amerikalı etnoqraf Eduard Holl yazır: “Milli yaddaş, kostyum kimi geyinilib soyunulacaq bir adət deyil. İnsan nə qədər çalışsa da, o öz milli yaddaşından və mədəniyyətindən imtina edə bilməz, çünki bu, onun sinir sisteminin köklərinə hoparaq, onun dünyanı necə dərk etməsinə təsir göstərir. Milli mədəniyyətin böyük hissəsi şüura nəzarətin hüdudlarından kənarda gizli qalaraq, insan həyatının əsasını təşkil edir. Hətta milli mədəniyyətin gizli bir hissəsinin idraki mövcudiyyətin bir hissəsinə çevrilməsi halında belə onları dəyişdirmək çətindir”.

12088217_889555721129714_4990354743186046432_nBunları ona görə demirəm ki, bizim gənclər dünyadakı cərəyanlardan kənarda qalsınlar, ona görə deyirəm ki, gənclərimiz bu cərəyanlara mili şüurumuzun gözü ilə baxsınlar. Bu baxımdan akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri olduqca maraqlıdır (“Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsindən): “Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş insanın özündə müdriklik formalaşdırması üçün təcrübədir. Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki zamanda keçmişin izləri nə qədər qalıbsa, o, bir o qədər müasirdir. Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o, özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar.