Türk klubu Sloveniyadan qovuldu

Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışında olan Türkiyənin “Karabükspor” klubu xoşagəlməz durumla qarşılaşıb.

Yenicag.az xəbər verir ki, qardaş ölkə təmsilçisi Sloveniyadan qovulub.

Məsələ burasındadır ki, “Karabükspor” klubunun baş məşqçisi Erkan Sözeri Mariborda təlim-məşq toplanışı keçəcəkləri məkana çatan zaman stadionun ot örtüyünün yaxşı durumda olmadığını görüb. Bu səbəbdən baş məşqçi narazılığını bildirib. Nəticədə klub işçiləri və bazanın rəsmiləri arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib.

Bundan sonra təlim-məşq bazasının rəsmiləri yerli orqanlara müraciət ediblər. Məsələyə polis və yerli orqanlar qarışıb. Söhbət Türkiyənin Sloveniyadakı səfirliyinə qədər çatıb. Daha sonra “Karabükspor”un sözügedən məkanda təlim-məşq toplanışının keçməsinin doğru olmadığı qənaətinə gəlinib. Ardınca qardaş ölkə təmsilçisinə Sloveniyadan təcili şəkildə çıxmaq tapşırılıb. Bundan sonra klub hazırlıq üçün Avstriyaya yollanmaq məcburiyyətində qalıb.

Yenicag.az