Türkiyə milli valyutasını cıraraq sosial mediada paylaşım edən 2 əcnəbi saxlanılıb.
Yenicag.az-ın Türkiyə bürosunun məlumatına görə, bu barədə Ankara Polis İdarəsi məlumat yayıb.
Məlumatda lirəni cıraraq paylaşım edən şəxslərin kimliyinin müəyyənləşdirildiyi qeyd olunub.
Bildirilib ki, həmin şəxslərin noyabrın 27-də qanuni yolla Türkiyəyə giriş etdikləri və Finlandiya vətəndaşları olduqları təsbit edilib.
Qeyd olunub ki, həmin şəxslər barəsində hüquqi prosedur başladılıb.