!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk məhkəməsindən Branson QƏRARI

!Reklam – Yazi

İzmir 2-ci Ağır Cinayətlər Məhkəməsi ikinci dəfə amerikalı rahib Endryu Bransonun ölkədən çıxmaq qadağasının ləğv edilməsi və ev həbsindən azad edilməsi ilə bağlı vəkilinin müraciətini rədd edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Bransonun etiraz tələbi rədd edilərək baxılması üçün daha yüksək qurum olan İzmir 3-cü Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, vəkil İsmail Cem Halavurt iyul ayının sonunda keşiş Bransonun ev həbsi və ölkədən çıxmaq qadağası barədə qərara etiraz etmişti. O, məhkəməyə təqdim etdiyi ərizədə Bransonun PKK və FETÖ terror təşkilatları ilə əlaqələrini sübut edən dəlillərin və  müvəkkilinə qarşı irəli sürülmüş “agent” ittihamının hüquqi əsasının olmadığını iddia edib.

Xatırladaq ki, Endryu Branson 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs edilib.

 

www.yenicag.az

4344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv