Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türk millət vəkili: "Getdiyimiz hər yerə sülh, qardaşlıq və əmin-amanlıq aparırıq"

Reklam: High Technic

AKP-nin Adanadan seçilən millət vəkili, TBMM Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Necdet Ünüvar Bakı Yunus Emre İnstitutunu ziyarət edərək azərbaycanlı tələbələrlə görüşüb.

Yenicag.az-a açıqlama verən millət vəkili, Yunus Emre İnstitutunun türk adət və dəyərlərinin dünyaya çatdırılmasında misilsiz rol oynadığını bildirib:

“Yunus Emre İnstitutunun məsuliyyəti olduqca böyükdür. Biz türk milləti olaraq hər zaman hara getsək, ora sülh, qardaşlıq və əmin-amanlıq aparırıq. Minlərlə illik tariximizə baxanda əcdadlarımızın da həmişə bu istiqamətdə addımlar atdığını görürük. Türklər getdiyi yerləri sadəcə fəth etməyib, eyni zamanda mədəniyyətini və dəyərlərini də o torpaqlara daşıyıb.

Yunus Emre İnstitutu dünyanın bir çox ölkəsində var. İnstitut Afrikada, Asiyada, Avropada, sözün qısası, bütün qitələrdə fəaliyyət göstərir. Buradakı institutun daha böyük əhəmiyyətə malik olduğunu düşünürəm. Artıq yeddi ildir ki Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədriyəm və iki ölkə arasındakı əlaqələrin hər sahədə güclü olduğunu görürəm. Türkiyədə Azərbaycan telekanalları, Azərbaycanda isə Türkiyə telekanalları izlənilir. Kiçik ləhcə fərqlərimiz olsa da, bir-birimizi olduqca yaxşı başa düşürük. Amma türk dünyası sadəcə Türkiyə və Azərbaycandan ibarət deyil. Təəssüf ki, türklərin yaşadığı geniş bir bölgədə yalnız türk dili vasitəsilə əlaqə qurmaq mümkün deyil. Xüsusilə də Mərkəzi Asiyada bu problemlə üzləşirik. Türk PA ortaq tarix, ortaq dil və ortaq mədəniyyət sahəsində çoxlu layihələr həyata keçirir. Yunus Emre İnstitutu bu layihələrə böyük töhvə verə bilər. Bu qurum türk dünyası arasında əlaqələri gücləndirəcək bir körpü rolunu oynayacaq”.

Millət vəkili Bakı Yunus Emre İnstitutunun müdiri vəzifəsinə yeni təyin edilmiş Cihan Özdemiri təbrik edərək fəaliyyətində uğurlar diləyib. Özdemir isə, institutun bu il də müxtəlif tədbirlər və layihələr həyata keçirəcəyini bildirib:

“Cənab millət vəkili mənim ifadə etmək istədiyim bütün fikirləri söylədi. İnşallah, etimadı doğruldacağıq. Mən bakalavr və magistr təhsili aldığım zaman Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olmuşam, hətta magistr dissertasiyamı da Hüseyn Cavid yaradıcılığına həsr etmişəm. Bunların yeni vəzifəmdə köməyimə çatacağını düşünürəm. Daha əvvəl fiziki mənada Azərbaycanda olmasam da, dostlarımın sayəsində bu ölkəni çox yaxşı tanıyıram. İnşallah birlikdə hədəflərimizə doğru uğurla irəliləyəcəyik”.

www.yenicag.az

1079
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM