Reklam

Reklam

TBMM İnsan Hüquqları Komissiyasının üzvü, AKP-nin İstanbuldan seçilmiş millət vəkili Fatma Benli Yenicag.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı BMT tərəfindən rədd olunacaq.

Fatma Benli

“Müəyyən müddətdir ki cənab prezident Rəcəb Tayyib Ərdoğan “Dünya beşdən böyükdür” deyəndə və II Dünya Müharibəsindən sonra qurulmuş BMT-nin tərkibinin dəyişdirilməsinin vacibliyini vurğulayanda bilirdi ki, ABŞ Təhlükəsizlik Şurasında qərar layihəsinə veto qoyacaq. Göründüyü kimi prezidentin BMT-nin strukturunun dəyişdirilməsi barədə səsləndirdiyi fikirlərdə tamamilə haqlı idi. BMT-nin Baş katibi də bu fikirlə razıdır. Bu veto BMT-də obyektiv qərarın çıxmasına mane olmayacaq. Dünya liderlərinin ümid bəslədiyi ən böyük təşkilat olan BMT tək bir ölkənin səsinə görə bir xalqın taleyi barədə qərar qəbul etməyəcək. Baş Məclis obyektiv qərar qəbul etdikdən sonra Təhlükəsizlik Şurasına qoyulmuş bir vetonun əhəmiyyəti qalmayacaq. İnanırıq ki, insan haqları kimi ən təməlli hüquq ön plana çıxarılacaq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1106
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."